Haqqımızda
mnTr — təməli Azərbaycanda qoyulmuş, trans fərdlərin rifahına yönəlmiş bir kollektivdir. Əsas diqqət mərkəzimiz trans kişilər və trans-maskülen fərdlər olsa da, diqqətimiz bütün trans icmasını əhatə edir. Hazırda əsasən Azərbaycan və azərbaycanlı diasporuna yönəlsək də, uzunmüddətli hədəfimiz beynəlxalq dəstək şəbəkəsinə çevrilməkdir.
Ölkəmizin mövcud kontekstini nəzərə alaraq, təhlükəsizlik bizim mütləq prioritetimizdir. Biz inanırıq ki, trans fərdlərin informasiyaya və icmaya çıxışı siyasi alətə çevrilmədən və debat predmeti olmadan təmin edilməlidir.
Dəyərlərimiz
Həmrəylik və Qarşılıqlı Dəstək
Biz fərdlərin bir-birinə dəstək olduğu, təcrübə paylaşdığı və kollektiv rifah naminə birləşdiyi bir ekosistem yaradırıq.
Könüllü Razılıq və Özünüifadə
Bütün kommunikasiya və xidmətlərimiz fərdin azad iradəsi, tam məlumatlılığı və razılığı (consent) əsasında həyata keçirilir.
İnklüzivlik və Bərabərlik
Heç bir ayrı-seçkiliyə yol vermədən, trans spektrindəki hər kəsin resurslara bərabər çıxışını təmin edirik.
Aktiv İştirakçılıq və Gücləndirmə
İcmanı öz resurslarını idarə etmək və dəyişiklik yaratmaq üçün səlahiyyətləndiririk.
Məxfilik və Konfidensiallıq
Məlumatların qorunması (GDPR və s.) standartlarını rəhbər tutaraq, icma üzvlərinin anonimliyinə və təhlükəsizliyinə zəmanət veririk
Ziyanın Azaldılması
Hər bir fəaliyyətimiz mənfi təsirləri minimuma endirməyə hədəflənib.
