"Dolab"
qaydaları
Məqsəd və açıqlama
"Dolab" təşəbbüsü trans insanların genderinə uyğun geyimlərə çıxışına kömək etmək və özlərini daha təhlükəsiz və daha öz kimliklərində hiss etmələrinə kömək etmək üçün mövcuddur. Donorlar tranzisiyadan öncə geydikləri geyimləri və ya artıq ehtiyac duymadıqları hər hansısa bir geyimi bağışlaya bilərlər. Sahiblənmək istəyən insanlar isə bunu veb saytımızdan bronlayaraq edə bilərlər. Bu təşəbbüs qarşılıqlı yardım layihəsi olaraq dizayn olunub.
Niyə biz Azərbaycanda təhlükəsizliyə bu qədər ciddi yanaşırıq?
Azərbaycanda cinsi oriyentasiya və ya gender kimliyinə əsaslanan ayrı-seçkiliyə qarşı çox məhdud hüquqi müdafiə mövcuddur və icmamıza qarşı hakimiyyət orqanları tərəfindən təqib və zorakılıq hallarının mövcudluğu baş verə bilən hallardır. Buna görə də, layihəmiz mümkün olduqca donorlar və sahiblənənlər arasında birbaşa təmasdan qaçınmağı və təhlükəsizliyi nəzərə alaraq hazırlanıb.
Hər kəsə tətbiq olunan əsas təhlükəsizlik qaydaları
Biz heç vaxt sizdən açıq şəkildə trans kimi özünüzü təqdim etməyinizi tələb etmirik. İctimai şərhlərə, ictimai mesajlaşmalara və ya hər hansı "donorla tanış olun" / "sahiblənənlə tanış olun" funksiyalarına icazə vermirik. Adları, telefon nömrələrini, ünvanları, sosial media ünvanlarını və ya hər hansı şəxsi məlumatları heç kimlə paylaşmırıq. Biz şəxsi məlumatları təhvil verməni tamamlamaq üçün lazım olan minimum səviyyədə saxlayırıq və təhvil vermə başa çatdıqdan sonra (və ya təhvil vermə uğursuz olarsa, qısa saxlama müddətindən sonra) onları silirik. Bizdə saxlanılan data yalnız statistik anonim datadır ki, bunu da dokumentasiya səbəblərindən saxlayırıq. Məhz bu data daha sonrakı proektlərimizdə donorlara dokumentasiya və statistika səbəbindən nümayiş oluna bilər.
İanələr necə işləyir?
Donor ianə etmək istədiyi geyimi form vasitəsilə bizə təqdim edir. Yenidən baxışdan sonra təsdiqlənərsə saytda neytral şəkildə geyimin adını, ölçüsünü və şəklini siyahıya alırıq. Donorlar detallar hissəsində bacardıqca şəxsi məlumat verməkdən çəkinməli, şəxsi qeydlər, adlar və kimə aid olduğu barədə notlar verməkdən yayınmalıdırlar. Donorlar yalnız bağışlamaq hüququ olduqları, təhlükəsiz və qanuni geyimləri bağışlamalıdırlar.
Nələri qəbul edirik və Nələri qəbul etmirik?
Biz təmiz, geyilə bilən əşyaları yaxşı vəziyyətdə qəbul edirik. Əşyalar təzə yuyulmalı, kəskin qoxulardan və zərərvericilərdən azad olmalıdırlar. İşlənmiş alt paltarları, işlənmiş corablar və ya gigiyenik olmayan, tikişlə düzəlməyəcək dərəcədə zədələnmiş geyimləri qəbul etmirik. Azərbaycan qanunlarına əsasən qanunsuz klassifikasiyasına girə biləcək heç bir geyimi qəbul etmirik.
Donorlar üçün fotoşəkillər barədə qaydalar
Fotoşəkillərdə heç vaxt üzlər, tatular, xüsusi/fərqli və identifikasiya oluna bilən zərgərlik əşyaları, şəxsiyyət vəsiqələri, poçt, küçə mənzərələri, tanınan interyerlər və ya bir şəxsi və ya evi müəyyən edə biləcək hər hansı bir şey olmamalıdır. Şəkili çəkərkən bacardıqca sadə tək rəngli fon və neytral işıqlandırma istifadə edin. Telefonda şəkil çəkirsinizsə, fotoşəkildə gizli metaməlumatlar ola biləcəyini düşünün; telefonun kamera metaməlumatları parametrlərindən lokasiyanızı söndürün. Bu sadəcə sizin ekstra təhlükəsizliyiniz üçündür,qeyd etmək lazımdır ki, biz vebsaytda dərc etdiyimiz bütün şəkillərin metaməlumatlarını silirik. Təsvirlər praktik qalmalı (ölçü, uyğunluq, parça, ölçülər, vəziyyət) və şəxsi məlumatları ehtiva etməməlidir.
Sahiblənmək necə işləyir?
Geyimə sahiblənmək istəyən şəxs saytdakı formu doldurur. Biz sahibənmək istəyən fərdləri özlərinin trans olduqlarını sübut etməyə məcbur etmirik, çünki bu, təhlükəli və istisnaedici ola bilər, lakin şübhəli davranış və təqiblərə nəzarət edirik. Əgər kimsə layihədən trans insanları təhqir etmək, müəyyən etmək, təhdid etmək və ya utandırmaq üçün istifadə edirsə, biz onları bloklayacağıq və təhlükəsizlik izləməsi üçün müvafiq qeydləri saxlayacağıq. Donorla bir-başa əlaqə mümkün deyildir. Bütün koordinasiyalar koordinatorla baş tutur ki, biz təqibin,təzyiqin qarşısına ala bilək.
Layihəmizə maraq göstərdiyiniz üçün təşəkkürlər!
