Biz nələr edirik?
Biz kimik?
mnTr — trans kişilər və trans-maskülen fərdləri fokus alaraq, bütün trans icmasının birləşməsi üçün resurslar və təhlükəsiz digital məkan təqdim edir. Hər birimizin qayğılarının qarşılanması və səsimizin eşidilməsi üçün bu platformanı yaratdıq.
İnformativ jurnalımız, 'Dolab' layihəmiz və xüsusi hazırlanmış resurslarımız vasitəsilə icmada təmsilçiliyi və fərdi inkişafı təşviq edirik. Yaratdığımız inklüziv kontent və fəaliyyətlərimizlə hər bir fərdin yaradıcılığını dəstəkləyir, icmamızın həyat keyfiyyətini artırmağa çalışırıq.

Fokusumuz
Biz icmamıza dəstək olmaq üçün təşəbbüslər yaradır və zəruri resursları bütün trans fərdlər üçün bir araya yığırıq. Bizim proqramlarımız iştirak, yaradıcılıq və ifadəni təşviq etmək üçün nəzərdə tutulmuşdur.

"Tranzisiyalar" jurnalı
Xəbərdar qalın
Tranzisiyalar" jurnalı — tranzisiya prosesinin müxtəlif mərhələlərini işıqlandıran, praktiki bələdçilər və real hekayələrdən ibarət rəqəmsal resursdur. Burada tranzisiya ilə bağlı faydalı məqalələr oxuya, icma üzvlərinin şəxsi intervüları ilə tanış ola və bu yolun fərqli tərəfləri haqqında məlumat ala bilərsiniz.





















